18 C
Baku
Sunday, September 29, 2024

Robotlar bankın 550 əməkdaşını işsiz qoyacaq

Birləşmiş Krallığın Şotlandiya Kral Bankı xərclərini azaltmaq üçün 550 əməkdaşını robotlarla əvəz etməyi planlaşdırır. 

“The Guardian” nəşrində dərc olunan məlumatına görə, 2008-ci ildəki qlobal iqtisadi böhrana görə bank çətin maliyyə durumuna düşüb. Hökumət banka kapital yatırıb. Çünki təşkilatın məhv olması bütün ölkənin maliyyə sisteminin dağılmasına səbəb ola bilərdi.

Bankda bildirirlər ki, müştərilər məsləhətçilərlə işləmək marağında deyillər. Bu gün şotlandlar daha müasir texnologiyalara müraciət etməyə və kredit təşkilatları ilə rəqəmsal formatda qarşılıqlı əməkdaşlıq etməyə maraqlıdırlar.

Bankın 550 əməkdaşını əvəz edəcək robotlar hesabına 500-dən 250 min funta qədər depozit yatırmaq niyyətində olan müştərilərlə çalışacaqlar. Təbii ki, daha böyük məbləğdə investisiya yatırmaq istəyən müştərilərə yenə də daha peşəkar mütəxəssislər xidmət göstərəcəklər.

Müştərilər üçün xüsusi anket də işlənib hazırlanacaq. Cavabları təhlil etdikdə, robot bankın işlədiyi depozit proqramları üzrə məsləhətlər verə biləcək.

İKT.lent.az

Son xəbərlər
Digər xəbərlər