7 C
Baku
Sunday, December 29, 2024

Janet Yellen ABŞ-nin yanvarın 23-dək borc tavanına çatacağını gözləyir

ABŞ-nin maliyyə naziri Janet Yellen Konqresə bildirib ki, istiqraz defoltunun qarşısını almaq üçün yanvarın 2-də fövqəladə tədbirlər görməyə ehtiyac yoxdur. O, yanvarın 14-dən 23-dək ölkənin borc tavanına çatacağını gözləyir. Xatırladaq ki, Donald Trampın andiçmə mərasimi yanvarın 20-nə planlaşdırılıb.

Xanım Yellen hökumət borcunun yanvarın 2-də “qeyri-bazar qiymətli kağızların geri alınması səbəbindən” təxminən 54 milyard dollar azalacağının gözlənildiyini vurğulayıb.

ABŞ-nin federal borcu təxminən 36 trilyon dollardır. “Associated Press” yazır ki, gələn il borcun ödənilməsi xərclərinin milli təhlükəsizlik xərclərini üstələməsi gözlənilir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp hökumətin müvəqqəti maliyyələşdirilməsi haqqında qanunu təsdiq edərkən sənədə dövlət borcunun artırılmasının da daxil edilməsini tələb edib. Lakin demokratlar və respublikaçılar belə bir qayda ilə qanun layihəsini razılaşdıra bilməyiblər.

Son xəbərlər
Digər xəbərlər