6 C
Baku
Monday, December 30, 2024

Prezident Dövlət Neft Fondunun büdcəsini təsdiqlədi – FƏRMAN

Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcəsi haqqında fərman imzalayıb.

Banker.az xəbər verir ki, fərmana əsasən, Fondun gələn il üçün gəlirləri 14 milyard 452,5 milyon manat, xərcləri isə 14 milyard 640,2 milyon manat təsdiq edilib.

Bunlar, cari ilə nisbətən müvafiq olaraq 19,7 % və 13,5 % çoxdur.

Son nəticədə ARDNF-in büdcəsində 187,8 milyon manat kəsir yaranmalıdır ki, bu da illik müqayisədə 4,4 dəfə azalma deməkdir.

Son xəbərlər
Digər xəbərlər