Ardıcıl dördüncü dəfə dünyanın ən yaxşı aeroportu adına Sinqapurda yerləşən Çanqi Beynəlxalq Hava Limanı layiq görülüb.
“Skytrax” saytı xəbər verir ki, ikinci pillədə İnçhon Beynəlxalq Hava Limanı (Koreya Respublikası), üçüncü yerdə isə Münhen Beynəlxalq Hava Limanı (Almaniya) qərarlaşıb.
Bundan əlavə, “top-10″a Tokio, Honkonq, Naqoya, Sürix və London kimi şəhərlərdə yerləşən aeroportlar daxil olub.
İlk onluqda həmçinin Kansay Beynəlxalq Hava Limanı (Yaponiya) və Hamad Beynəlxalq Hava Limanı (Qətər) özünə yer edib.
Report