5 C
Baku
Saturday, December 14, 2024

Təkilatda resursların dövranı və ya iqtisadi nəzəriyyənin qısa kursu

Mühasibat uçotunun məlumatlarının əsas istifadəçisi olan müəssisə rəhbəri üçün onun informasiyası idarəetmə qərarlarının qəbul edilməsi, planlaşdırma və nəzarət üçün zəruridir.

Hər hansı kommersiya təşkilatının fəaliyyətinin başlıca məqsədi mənfəət əldə etməkdir.

Mənfəət dedikdə, təşkilat tərəfindən istehsal olunan məhsulun (və ya satış üçün əldə edilən malın) satışından əldə edilən qazancla bu məhsulun istehsalına və satışına (və ya malın alınması) çəkilən xərclər arasındakı fərq başa düşülür.
Satışdan qazanc – satılmış malların (işlər, xidmətlər) və ya əmlak hüquqlarının pul və (və ya) natural formalarda ifadə olunmuş hesabları ilə bağlı bütün daxilolmalardır.

Məsrəflər – təsərrüfat fəaliyyəti prosesində sərf olunan, müəssisənin vəsaitlərinin azalmasına və ya onun borc öhdəliklərinin artmasına səbəb olan xərclərdir.

Müəssisənin xərclərindən maya dəyəri yaranır ki, bura dörd əsas element daxildir:

• maddi xərclər;
• əmək haqqının ödənilməsinə xərclər;
• amortizasiya ayırmaları;

• digər məsrəflər.

Bu elementlərdən hər birini nəzərdən keçirək.

Maddi xərclər – satış üçün nəzərdə tutulmuş məhsul un istehsal olunduğu xammal və materialların dəyəridir.
Əmək haqqının ödənilməsinə xərclər – məhsul istehsalı və satışı ilə məşğul olan təşkilatın işçilərinə hesablanan əmək haqqının məbləğidir.

Materialların və əmək haqqının dəyərləri eyni zamanda, yəni onlar istehsal prosesində istifadə olunduqları anda məhsulun hazırlanmasına çəkilən xərclərə şamil edilir.

İstehsalda istifadə olunan avadanlığı (bina və qurğuları, dəzgahları, alətləri və s.) əsas vasitələr adlandırırlar. Onlar uzun müddət istifadə olunur və müxtəlif növ məhsulların istehsalı üçün tətbiq edilə bilər.

İstehsalda istifadə olunan əsas vəsaitlərin dəyəri onların bütün istifadə müddətləri ərzində məhsulun hazırlanmasına sərf olunan xərclərə köçürülür ki, bu müddəti faydalı istifadə müddəti adlandırırlar. Əsas vəsaitlərin dəyərinin xərclərə köçürülməsi amortizasiya adlanır. məhsul istehsalının xərclərinə daxil edilən amortizasiyanın ölçüsü (və ya amortizasiya ayırmalarının məbləği) mühasibat uçotu və vergitutma üzrə normativ aktların tələblərinə müvafiq olaraq müəyyən edilir.
Mühasibat uçotu və vergi uçotu iki yol yoldaşına bənzəyir: onlar gah birlikdə gedir, gah da müxtəlif yollarla, lakin əks istiqamətlərdə hərəkət edirlər. Ona görə ki, onların məqsədləri müxtəlifdir: mühasibat uçotu təşkilatın maliyyə vəziyyətinin dəqiq və obyektiv mənzərəsini verməli, müstəsna olaraq vergi uçotu isə mənfəət vergisi və ya başqa vergilərin (eyni göstəricilər onların hər birində öz qaydası ilə) ayrılması üçün aparılır. Digər məsrəflərə təşkilatın məhsulun istehsalı və satışı ilə əlaqədar çəkilən qalan xərcləri aid etmək olar. Məsələn:

• maya dəyərinə aid edilən qanunvericiliklə dövlətə köçürülməli vergilər, yığımlar və ödənişlər;
• məhsul və xidmətlərin sertifikatlaşdırılmasına çəkilən xərclər;
• EHM və məlumat bazaları üçün proqramlardan istisnasız istifadə hüquqlarının əldə edilməsi ilə bağlı xərclər.

Digər xərclərə həmçinin aşağıdakılar daxildir:

• təşkilatın idarəetmə personalının saxlanmasına ayrılan xərclər;
• kadrların hazırlanması və yenidən hazırlanması;
• ezamiyyət xərcləri və s.

İstehsal tsiklinin sonuna qədər təşkilatın çəkdiyi xərclər tamamlanmamış istehsal dəyərini təşkil edir. İstehsal tsikli başa çatdıqdan sonrahazır məhsul anbara ötürülür ki, bunun da dəyəri onun hazırlanmasına sərf olunan xərclərin məbləğindən irəli gələrək müəyyən edilir.

Satış qiyməti satıcı ilə alıcı arasında müqavilə ilə müəyyən edilir və bir çox şərtlərdən – bazarda tələblə təklifin uyğunluğu, malın keyfiyyəti, regionda ictimai-siyasi vəziyyətdən və s. asılı olaraq tərəddüd edir.

Yəni, bu halda bazar qanunu işləməyə başlayır ki, bəzi hallarda qəribə paradokslarla müşayiət olunur.Əgər satış qiyməti maya dəyərdən yüksəkdirsə, müəssisə mənfəət əldə edir, aşağıdırsa, – itkilərə məruz qalır.

Təbiətdə maddələrin, yəni təşkilatın resurslarının dövranı

İndi, artıq biz terminologiyanı müəyyənləşdirdikdən sonra təcrübədə bunun necə baş verdiyini nəzərdən keçirək.

Misal 1.Kapitalın strukturunun dəyişməsi

Təsəvvür edək ki, siz bir qədər qazanmaq istəyirsiniz və bunun üçün çox da böyük olmayan tikiş emalatxanası açmaq fikrinə düşmüsünüz.
Sizin 1000 man əmanətiniz, həmçinin 12000 manat dəyərində olan tikiş maşınınız vardır. İdeyanızı sizin şərikiniz olmaq istəyən rəfiqəniz dəstəkləmişdir. Onun da 10000manat dəyərində olan tikiş maşını vardır. Sizə biznesinizdə kömək etməyə hazır olduğunu bildirən qonşunuzdan da 3000 manat alirsınız. Beləliklə, sizin 35000 manatdan ibarət ilkin kapitalınız var (10000 man + 12000 man + 10000 man + 3000 man). Əgər sizin işiniz mənfəətsiz olarsa və siz ondan imtina etmək istəsəniz, nəyi itirəcəksiniz? Əmanətlərinizi plyus qonşudan borc aldığınız pullar, cəmi 13000 man (10000 man + 3000 man). Əgər itkiləriniz böyük məbləğdə olarsa, bəlkə də borcları qaytarmaq üçün tikiş maşınlarını da satmalı olacaqsınız (22000 man).

İstənilən an çaşmamaq və nəyiniz olduğu, kimə borclu olduğunuz barədə informasiyanız olması üçün öz maliyyə vəziyyətiniz haqqında qeydlər aparmalısınız.

Müəssisənin yaradılmasını aşağıda cədvəl 1-də göstərilən şəkildə təsəvvür etmək olar:

Son xəbərlər
Digər xəbərlər