9 C
Baku
Thursday, December 12, 2024

Təkilatda resursların dövranı və ya iqtisadi nəzəriyyənin qısa kursu

Bank fəaliyyətində böhran prizmasından vaxtı keçmiş borclarla mübarizə kimi aktual məsələni nəzərdən keçirməyə cəhd edək.

Dünya maliyyə böhranı – indi bu elə mövzudur ki, bu barədə ancaq tənbəllər yazmırlar. Biz bank fəaliyyətində böhran prizmasından vaxtı keçmiş borclarla mübarizə kimi aktual məsələni nəzərdən keçirməyə cəhd edəcəyik. Bank riteylində hadisələr necə inkişaf edəcəkdir? Kreditləşmənin demək olar ki, tam dayandırılması şəraitində necə yaşamalı? Və ən başlıcası, verilmiş kreditlər üzrə borcların qaytarılmaması ilə necə mübarizə aparmalı? Bütün bu suallara öz cavabımızı axtarmağa çalışacağıq.

Bank sektorunda böhran: tarixi və meydana gəlmə səbəbləri

Onun baş verəcəyini hələ 2007-ci ildə dünya analitikləri proqnozlaşdırırdılar. Təəssüf ki, onlar yanılmamışdılar.

2006-cı ildə ABŞ-da ipoteka böhranı dünya maliyyə böhranının mühüm səbəbi oldu. Hər şey mənzil kreditlərinin qaytarılmamasının kəskin artmasından başlandı. Artıq 2007-ci ilin yazında ABŞ-ın ən iri ipoteka şirkəti olan New Century Finansial Corporation Nyu-York fond birjasını tərk etdi. 2007-ci il ərzində onlarla bu cür təşkilat itki verdi və ya müflisləşdi. Yayda böhran Bear Stearns, Goldman Sachs, BNP Paribas ipoteka istiqrazlarına vəsait qoymuş iri maliyyə şirkətlərinin investisiya fondlarına da toxundu. Beynəlxalq bazarlarda likvidlik böhranı meydana gəldi. Dünyanın bütün mərkəzi bankları öz maliyyə sistemlərinə onlarla və yüzlərlə milyardlar daxil etməyə başladılar.

Bax, dünya miqyasında ABŞ-da ipoteka böhranının nəticələri bunlar idi. Lakin o necə və nəyə görə baş verdi? Analitiklər çoxlu səbəblər arasında mənzilin dəyərinin aşağı düşməsini, ipoteka kreditləri ilə fırıldaqları, sənaye sektorlarında Çindən idxalın təzyiqi ilə və işçi qüvvəsinin inkişaf etməkdə olan ölkələrə getməsi ilə ABŞ-da məşğulluğun aşağı düşməsini, hətta sovet blokunun iqtisadi düşkünlüyü kimi ekzotik misallar gətirirlər.

Bizim fikrimizcə, ABŞ-da böhranın daha mühüm səbəblərindən biri kimi kreditlərin etibarsız borclulara verilməsini göstərmək olar. Borclu uğrunda mübarizə, kredit faizlərinin aşağı salınması, ABŞ-da bütövlükdə kreditləşmənin ipoteka və pərakəndə şərtlərinin demək olar ki, inhisarçı şərtləri kreditləri əhalinin bütün təbəqələri üçün əlyetərli etmişdi. Risklərə diqqətsiz münasibət isə ona gətirib çıxartdı ki, kreditlərin çoxu etibarsız borclulara verildi. ABŞ-da verilən ipoteka kreditlərinin 3 trilyon dollar məbləğində olan defolt borclularının payı 20% təşkil edir. Bu isə təxminən 170 milyard dollar qaytarılmamış borc deməkdir. Bu zaman ipoteka krediti üzrə borcu ödəməyənlərin sayı milyon yarımdan iki milyona çatır.

Bəs necə olub ki, kredit təşkilatları kreditləri sözün əsl mənasında hər istəyənə vermişlər? Nədən borcluların etibarlılıq meyarı belə aşağı olmuşdur? Nə üçün bank işçiləri kredit risklərinə az diqqət yetirmişlər?

Dünya ipoteka kreditləşməsi və pərakəndə kreditləşmə təcrübəsində ümumiyyətlə, ötən əsrin ortalarından kredit risklərinin kredit skorinqi kimi qiymətləndirilməsi geniş yayılmışdır. Kredit skorinqi müştərilərin ödəmə qabiliyyətinin müəyyən edilməsi və qiymətləndirilməsi üçün istifadə olunur və mövcud borcluların müəyyən xarakteristikaları əsasında konkret borclunun kreditləşməsi ilə bağlı olan riskləri müəyyən etməyə imkan verir. Kredit skorinqinin əsas aləti skorinq modelidir. Skorinq modeli (kartı) – borclunun xarakteristikalarına borclunun kredit qabiliyyətini və defolt səviyyəsini xarakterizə edən kəmiyyət ifadəsini – skorinq reytinqini tutuşdurmağa imkan verən riyazi modeldir.

Məhz bu kartlardan illər boyu kredit mütəxəssisləri, o cümlədən ABŞ-da istifadə etmişlər. Lakin skorinq modelinin əsas göstəricisi onun aktuallığı – bazar gerçəkliklərinə uyğunluğudur. ABŞ-da tətbiq olunan Skorinq modelləri hələ ötən əsrin 50-ci illərində işlənib hazırlanmış, sınaqdan keçirilmiş və istismara buraxılmışdır. Banklar onların yüksək səmərəliliyindən əmin olaraq, bir çox illər praktiki olaraq modellərə 80-ci illərdən heç bir dəyişiklik etmədən istifadə etmişlər. Eyni zamanda, dünya və şərait dəyişir, borclular da dəyişirdi. Skorinq kartlarının aktuallığı durmadan aşağı düşür, risklər artırdı. Lakin kreditlərə olan yüksək sorğudan sevinən banklar buna diqqət yetirmirdilər. Banking Banana Skins-in reytinqində 2000-ci ildən 2005-ci ilə qədər bazarın fəal tutulması dövründə rsik-menecmentin problemləri demək olar ki, qlobal risklər top-onluğuna ümumiyyətlə daxil deyildi. Əlbəttə, qlobal kredit böhranını skorinqin yalnız bir pis keyfiyyəti ilə izah etmək düzgün deyil. Lakin borclunun keyfiyyətsiz qiymətləndirilməsi də baş vermiş böhrana öz mənfi təsirini göstərmişdir.

Perspektivlər heç də sevindirici deyil. Bank sektorunun artımının aşağı düşməsi davam edəcək və hətta dərinləşəcək. Kredit təşkilatlarının ümumi sayı azalacaq – 2010-cu ilə 400-ə qədər bank qalacaq. Və 2009-cu ilin birinci və ikinci rüblərində rəqabətə dözüb qalmış bu banklar yeni oyun qaydalarını sınaqdan keçirəcəklər. Bankların çoxunda hazırda büdcələrin ixtisarı və onlara yenidən baxılması baş verir. Yerli bankların çoxu kreditlərin verilməsini azaltmış, hətta tamamilə saxlamışlar, bütün banklar istisnasız olaraq borclulara qoyulan tələbləri sərtləşdirmiş və/və ya bütün valyutalarda dərəcələri qaldırmışlar. Əvvəllər ipoteka verən bankların 90%-i ümumiyyətlə, bundan imtina etmişlər. Kreditləşmənin bərpa olunması üçüncü rübdən tez proqnozlaşdırılmır, lakin yalnız yüksək faizlərlə və yalnız ideal xarakteristikalı borclular üçün. Bununla belə, bu proqnozları ən optimist proqnozlar adlandırmaq olar. Pessimist proqnozlara görə, bütün yerli bank sistemi 5-10 illik keçmişini yaşayır – bu dövrdə pərakəndə kreditləşmə praktiki olaraq olmamış, korporativ kreditləşmə sahəsində isə rəqabət çox yüksək olmuşdur. Artıq indi bazarda korporativ kreditlərin artımı müşahidə olunur.

Banklar müxtəlif səbəblərdən itkilərə məruz qalmaqda davam edirlər. Məsələn, fiziki şəxslərin depozitlərinin həcmlərinin azalması ilə əlaqədar olaraq bankların gəlirləri azalır. Bu günə onlar artıq 1,4% azalmışdır. Bank kredit portfellərinin keyfiyyətinə işsizliyin gələcək artması da mənfi təsir göstərəcək və bu bankları öz mənfəətlərini azaldaraq ehtiyat üçün ayırmaları artırmağa məcbur edərək, ödəməmələrlə olan vəziyyəti kəskinləşdirəcək.

İdeal risk-menecment – böhranın aradan qaldırılması üçün mütləq şərtdir

Banklar üçün maliyyə böhranı zamanı başqalarını sıxışdırıb çıxartmaq üçün sərt tədbirlər həyata keçirmək zəruridir. Qabaqcıl qərb bankları bunun üçün böhran dövründə zəruri şərtlərdən biri kimi risk-menecmentin təkmilləşdirilməsini görürlər. Risk-menecment probleminə olan maraq aşağı düşmüşdür, lakin bu gün bank işçiləri yenidən bu problemi ciddi qəbul etməyə başlamış, onu Banking Banana Skins-in reytinqində altıncı yerə qoymuşlar. Əsas təhlükəni kreditləşmədə məhz risklər doğurur.

Banklar hazırda böhrandan çıxış yollarının müxtəlif sxemlərini işləyib hazırlayırlar. Həm də onların proqramlarının birinci və başlıca bəndi çox vaxt kollektor işidir, yəni verilmiş kreditlərin qaytarılmasının təmin edilməsidir. Ödəməmələri bütün ciddiliyi ilə nəzərdən keçirmək lazımdır – çox vaxt yaxşı borclunun qoyduğu girov əmlakını müsadirə etməkdənsə, ona güzəştlər etmək lazım gəlir, ona ağır zamanlardan çıxmaq və krediti ödəməyi davam etmək şansı verilir. Uzunmüddətli perspektivlər kəsiyində bu siyasət hər hansı bank üçün faydalıdır. Lakin yerli banklarda münasibətlərdə loyallığın faydasız olduğu borclular da az deyil. Bu halda borcluların seqmentasiyası xüsusi əhəmiyyət kəsb edir ki, bu da bank üçün gələcəkdə hiss olunacaq qədər mənfəət gətirməyə imkan yaradacaq.

Banklar üçün yaxşı siyasət kredit strategiyasına və risklərə çoxvektorlu yanaşmanın tətbiqi olacaq. Həmçinin, bank fəaliyyətinin avtomatlaşdırılmasına, xüsusilə kreditləşməyə xüsusi diqqət yetirmək lazımdır. Kreditləşmənin optimallaşdırılması və avtomatlaşdırılması bütün biznes proseslərini sürətləndirməyə, həmçinin, insan amilinin qəbul edilən qərarlara təsirini azaltmağa, personalın təhsilinə sərf olunan xərcləri aşağı salmağa, əmək haqqının ödənilməsinə və s. imkan verəcək.

Kredit skorinqi keyfiyyətli risk-menecmentin aləti kimi

Səmərəli risk-menecment hazırda hər hansı bank üçün tələb olunur. Təcrübədə bankın kredit risklərini necə azaltmalı və kredit portfelinin keyfiyyətini necə yüksəltməli? Borcluların qiymətləndirilməsinin keyfiyyətini necə təkmilləşdirməli? Fırıldaqlardan necə sığortalanmalı? Borclunun hərəkətləri haqqında məlumatlardan kreditin bütün dövrü boyu necə istifadə etməli? Bankın gücü ilə kollektor işini necə aparmalı?

Bu məsələlərin həlli üçün risk-menecerlərin səmərəli alətlərindən biri kredit skorinqinin müasir sistemləridir. Məhz modellərin qurulmasının aktual metodlarından istifadə edən və yerli şəraitə yönəldilmiş müasir sistemlər. Kredit skorinqini ümumi cəhətlərlə kredit riskinin ödəmə qaydalarının səviyyəsinə birbaşa və ya dolayısı ilə təsir edən kredit tarixinin müxtəlif məlumatlarının işlənməsi nəticəsində yaranan səviyyəsinin qiyməti kimi müəyyən etmək olar.
İndi kredit skorinqinin texnologiyaları sürətlə inkişaf edir. Kredit skorinqi dedikdə, artıq təkcə skorinq modellərindən istifadə başa düşülmür. Kredit skorinqi kreditin bütün müddəti boyu səmərəli işləyir.

Kredit skorinqini yalnız kredit verilməmişdən əvvəl borclunun qiymətləndirilməsi proseduru kimi nəzərdən keçirmək də düzgün deyil. Kredit skorinqinin müxtəlif növlərinin köməyilə borclu ilə iş kreditin bütün müddəti boyu – kreditin verilməsindən onu qaytarıncaya qədər aparılır. Ənənəvi olaraq kredit skorinqinin aşağıdakı növlərini ayırırlar.

Application Skoring – kredit almaq üçün borclunun kredit qabiliyyətinin qiymətləndirilməsi. Kreditin verilməsi haqqında borclunun sosial, demoqrafik, maliyyə və başqa məlumatlarının düzgün qiyməti ilə bağlı bankın risklərini kəmiyyətə çevirir. Kreditin verilməsi haqqında qərar qəbul edilərkən skorinq modellərinin köməyilə borclunun təcili analizi subyektiv rəylər əsasında deyil, analitik yoxlanılmış qanunauyğunluqlar əsasında daha obyektiv qiymət almağa imkan verir.

Behavioral Scoring – hərəkət skorinqi olub, bank tərəfindən borcluların ayrı-ayrı kredit hesablarının və bütövlükdə kredit portfelinin idarə edilməsi çərçivəsində qərar qəbul edilməsidir. Hərəkət skorinqinin başlıca vəzifəsi borcluların kredit portfelini təşkil edən potensial risklərinin proqnozlaşdırılmasıdır. Kreditlərə xidmətlə bağlı risklər olduqca müxtəlifdir, ona görə də hərəkət skorinqi üçün skorinq modelləri borcluların müxtəlif qiymətləndirmə meyarlarından və ranqlaşdırmadan istifadə edirlər. Onlardan ən mühümləri ödəmə qabiliyyətinin olmaması riski (hesabın vaxtından əvvəl bağlanması), həmçinin müştərilərin gəlirliliyi skorinqidir.

Collection Scoring – kredit hesablarının vəziyyəti “qeyri-kafi” kimi təsnifləşdirilmiş “pis” borclular haqqında prioritet işlərin və istiqamətlərin müəyyən edilməsi. Kreditin vaxtının ötməsi barədə vaxtında xəbərdarlıqlar bankın borcun alınması və girov əmlakı ilə iş çərçivəsində xərclərin azalması üçün çox önəmlidir. Collection Scoring bankın borclularla qarşılıqlı münasibətlərinin idarə edilməsi prosesinin bütün mərhələlərində işini optimallaşdırmağa qadirdir.

Fraud Scoring – potensial və artıq mövcud borclular tərəfindən dələduzluq hərəkətlərinin aşkar edilməsi və aradan qaldırılması metodologiyasıdır. Dələduzluq cəhdlərinin aşkar edilməsinə yönəldilmiş skorinq kreditin verilməsi üçün müraciətləri rədd edilməli və ya daha ətraflı nəzərdən keçirilmək üçün göndərilməli olan borcluların müəyyən edilməsi üzrə təxirəsalınmaz qərarlar qəbul etməyə kömək edir.

Kreditləşmə bazarında müvəqqəti sakitlik banklara öz kredit portfelinin yaxşılaşdırılması üzrə bir sıra tədbirlər keçirməyə, risk-menecmentin təkmilləşdirilməsinə daim diqqət yetirməyə, ehtiyat kapitalını ətraflı kalkulyasiya etməyə, kredit skorinqinə II Bazel Müqaviləsinin müddəalarının tətbiqinə imkan verir. Və xüsusilə, artıq yuxarıda qeyd edildiyi kimi, vaxtı keçmiş borclarla iş zamanı.

Collection-scoring – borcları qaytaramama ilə mübarizənin səmərəli üsulu

Böhran kreditlər üzrə borcların qaytarılmamasının onsuz da kədərli mənzərəsini daha da dərinləşdirmişdir. Borcluların əksəriyyəti bunun səbəbini pullarla vəziyyətin pisləşməsi ilə izah edirlər: soruşulan borcluların 45%-i demişlər ki, kredit aldıqları vaxtdan maliyyə vəziyyətləri pisləşmiş, 15% ödəniş müddətlərinə riayət etməyin çətin olduğunu bildirmiş, 27% isə demişlər ki, borcu aldıqları vaxta nisbətən sonra krediti qaytarmaq daha da ağırlaşmışdır.

Borcu geri almaq və bunu savadlı və peşəkarcasına etmək lazımdır. Bu cür işin aparılmasının daha səmərəli alətlərindən biri collection-skorinq sistemidir. Bu sistem kollektor fəaliyyətinin – borclularla qarşılıqlı münasibətlərin idarə edilməsi üzrə vaxtında edilən və məqsədyönlü hərəkətlərin planlaşdırılması və həyata keçirilməsinin mühüm vəzifələrinin həlli üçün nəzərdə tutulmuşdur. Collection-skorinq sisteminin başlıca vəzifəsi soft-kollektor tədbirlərinin aparılmasının avtomatlaşdırılmasından ibarətdir. Collection-skorinqin səmərəli avtomatlaşdırılmış sisteimi problemli borclarla işi maksimum dərəcədə formalaşdırmaq və avtomatlaşdırmağa, hər bir borcluya vaxtında və aktual təsiri tətbiq etməyə imkan verir.

Collection-skorinqin metodologiyası kredit işlərinin optimal seqmentləşdirilməsinə əsaslanır ki, bu da öz növbəsində, collection-skorinqin tətbiqi alətlərindən (təsir) daha səmərəli istifadə etməyə imkan verir. Seqmentləşdirmə aşağıdakı müxtəlif amillərdən asılı olaraq həyata keçirilir:
– kredit işinin parametrlərindən – vaxtından keçən günlərdən, kreditin məbləğindən, borclunun xarakteristikasından və s.;
– locator score – borclu ilə əlaqənin ehtimalının miqdar xarakteristikalarından. Prioritet o borclular hesab edilir ki, onlar bu göstəricinin yüksək qiyməti ilə xarakterizə olunur, bu da əlaqənin yaradılması üçün zəruri olan minimal resurslara dəlalət edir. Bundan başqa, əlaqənin ehtimalı borcun meydana çıxma səbəbini – ödəmənin istəmədən edilməməsi və ya qeyri-mümkünlüyünü qiymətləndirməyə imkan verir;

– collectability score – borcun qaytarılması ehtimalının miqdar xarakteristikasından. Bu ehtimalın aşağı qiyməti borclu ilə daha sıx işin zəruriliyindən və müvafiq olaraq daha çox miqdarda resurs cəlb edilməsindən xəbər verir;
– əlavə hesab parametrlərindən;
– əvvəlki təsirin nəticələrindən.

Seqmentləşdirmənin nəticəsi müəyyən borcluya tətbiq edilməsi zəruri olan hərəkətlərin müxtəlifliyinin müəyyən edilməsidir.

Soft-kollektor təsirlərinin ənənəvi növlərini daha ətraflı nəzərdən keçirək:

– telefon zəngi – katibin borcluya xəbərdarlıq zəngi (və ya müəyyən audiofaylın oxudulması ilə avtomatik telefon zəngi). Belə zəng ödənişlərin vaxtının keçməsi barədə, xüsusilə də məlumatın mətni yaxşı düşünülmüş olduqda, daha səmərəli xəbərdarlıq edir;
– kollektorun zəngi – kollektorun borcluya daha inadlı zəngi. Müştərinin kollektorla ünsiyyəti daha konkret olub, borcun daha tez və mütləq ödənilməsinə xidmət edir və çox vaxt ödənişin konkret tarixini də müəyyən edir;
– kollektorun qeyri-rəsmi hərəkəti – kollektorun borclunun iş yerinə və ya yaşayış yerinə gediş, onunla görüş kimi hər hansı qeyri-rəsmi təsirini nəzərdə tutur;
– SMS və ya Email – sistem tərəfindən məqsədi ödənişin vaxtının keçməsi olan sms-məlumatın və ya Email-in göndərilməsi.

Təsirlərin nəticələri üzrə növbəti mərhələnin – hard collectionun başlanmasının zəruriliyi və vaxtında olması müəyyən edilir, yəni borc məhkəmə tərəfindən alınır.

Skorinq sisteminin səmərəliliyinə o halda nail olunur ki, bu, collection-skorinqin istisnasız olaraq konkret bank üçün mühüm olan bütün aspektlərini əhatə etmiş olsun. Bu sistemin keyfiyyətləri sırasında həmin bankın konkret xüsusiyyətləri üçün maksimum çevik qurulmanı, istifadənin sadəliyi və anlaşıqlı olmasını, işin sabit müsbət nəticəsini ayırmaq olar.

Collection-skorinq səmərəli sisteminin iş mərhələlərini nəzərdən keçirək.

Sistemin işi ilkin məlumatın işlənməsindən başlanır. Sistem avtomatik olaraq bankın portfelində olan kredit işlərinin vəziyyətini izləyir, borcluların seçilməsini hər hansı borclular bazasına – Debtor”s Pool-a (borclarının vaxtı ötmüş borclular) seçir. Təbii ki, sistemin bank mütəxəssislərinə yetərli olan bir sıra qurulmaları vardır ki, bunlar vaxtı keçmiş borcları müəyyən edir və müştəri bazasının müvəqqəti monitorinq çərçivələrini müəyyən edir.

Növbəti mərhələdə əvvəl seçilmiş borclular qruplara seqmentləşdirilir. Sistemdə müvafiq olaraq borcluların bir və ya bir neçə meyar üzrə seqmentləşdirmə qurulması olmalıdır. Dünya təcrübəsində iki qəbul edilmiş göstərici vardır ki, bunlar optimal seqmentasiya üçün optimaldır – bunlar locator score və collectability scoredir. Bu göstəricilərin hesablanması üçün alətin olması da həmçinin, collection-skorinq səmərəli sisteminin mühüm xarakteristikasıdır.

Sonra, hər bir seçilmiş qrupa hərəkətlərin ardıcıllığı tətbiq edilməlidir. Buna müvafiq olaraq aşağıdakılar zəruridir:

– borclu üçün rəsmi müəyyən edilmiş hərəkətlər ardıcıllığının yaradılması imkanı (Collection Strategy). Sistemin vasitələri ilə bankın mütəxəssisləri İT mütəxəssisləri cəlb etmədən işə özünə seqmentasiya şərtlərini, tətbiq olunan təsirləri, cavab gözləyən müvəqqəti çərçivələr daxil edən mürəkkəb, çoxsəviyyəli strategiyalar salmalıdırlar;
– Collection Strategy-ni yerinə yetirərkən cəlb olunmuş mütəxəssislərdən hər biri üçün iş yeri olmalıdır ki, bu yerlər onların həm borclularla qarşılıqlı əlaqəsini, həm də ayrılmış rollar üzrə bir-biri ilə əlaqəsini təmin etmiş olsun;
– məlumatların boşaldılması provesinin çevik sazlanmasının mümkünlüyü. Yəni istifadəçi üçün əlverişli olan şəkildə yekun məlumatların alınması imkanı;
– sistemdə qarşılıqlı münasibətlərin və əməkdaşların işində səmərəlilik, vaxtı keçmiş borcların miqrasiyası və başqa statistik qanunauyğunluqlar haqqında hesabat.
Collection Strategy yerinə yetirilən prosesdə borcluya bir sıra avtomatlaşdırılmış təsirlər tətbiq edilir. Bu təsirlər də həmçinin, bank mütəxəssisləri tərəfindən çevik sazlanmalıdır: məktubların, audiofaylların, mesajların mətnlərinin tapşqırılması/dəyişdirilməsi; sistemdə borclunun tipindən asılı olaraq şablondan istifadə edilməklə mesajların avtomatik göndərilmə vasitələrinin olması (SMS, Email, avtozəng); əməkdaşların iş yerlərinin informasiya müşayiəti (şparqalkalar, şablonlar və s.).

Tətbiq edilən təsir hər hansı nəticəni verir. Yəni, məsələn, “katib zəngi”nin təsiri üçün nəticə ödəməkdən imtina, borcluya zəngin çatmaması və s. ola bilər. Nəticə Debtor”s Pool-da qalır və borcluya collection-ərizə emalı tsiklində yeni təsir vasitəsini müəyyən edir. Sadə olaraq collection-ərizə ilə edilən bütün bu yol şəkildə göstərilmişdir. Sistemin səmərəliliyi daha çox borcluya təsirin praktiki reallaşdırılmasından asılıdır. bu təsirlərdən hər biri üçün ayrılıqda praktiki reallaşma misallarını nəzərdən keçirək.

Katibin zəngi. Katib əldə olan məlumatlar əsasında sistemin yığdığı mətni göstərilən və dəyişdirilə bilən şablonlara əsasən oxuyur.

SMS. SMS-in mətni məlumatların tipii ilə müəyyən edilən və kredit işi üzrə məlumatların məzmunundan asılı olaraq (məsələn, borcun ödənilməsinin vaxtının nə qədər keçməsi, əvvəllər təsir olubmu) qurula bilər.

E-mail. Elektron məktubun sistem tərəfindən tamamilə avtomatlaşdırılmış göndərişi. Məktubun mətni də həmçinin məlumatın tipii ilə müəyyənləşdirilib müxtəlif şablonlar əsasında qurulur.

Auto Call. Sistem müəyyən audiofaylın oxutdurulması ilə borcluya avtomatik zəng vurur. Audiofaylın tipii kredit işi üzrə məlumatların məzmunu ilə müəyyən edilir.

Məktub. Sistem məktubun mətnini əldə olan məlumatlar əsasında formalaşdırır (məktubun tipini seçir, borclunun məlumatlarını, borcun nə qədər vaxt keçdiyini qoyur, mətndə zəruri olan yerləri doldurur) və başqa parametrlərlə birlikdə elektron məktub yolu ilə müvafiq operatora göndərir ki, o da məktubu yalnız açmalı və adi poçtla yollamalıdır.

Şəkil. Collection-skorinq sistemində collektion-ərizənin hərəkətinin ümumi sxemi kollektor zəngidir. Kollektorun oxuduğu mətn də həmçinin, mövcud şablon əsasında olub, kredit işi üzrə məlumatlar nəzərə alınmaqla həyata keçirilir.
Kollektorun qeyri-rəsmi təsiri. Kollektorun qeyri-rəsmi təsiri də həmçinin, sistemlə müşayiət olunur. İş yerinin informasiya müşayiəti kimi qanunlar və normativ aktlar bazası, yaxud da psixologiya üzrə vəsait istifadə oluna bilər.

Hard Action. Kollektor şirkətinə “sərt” təsir üçün ötürülən informasiya zərfinin formalaşması. Bu kredit işi sistemə o vaxta qədəo qayıtmır ki, ondan hər hansı nəticə edilmiş olsun – borc ödənilmişdir və yaxud borclu müflisləşmişdir.
Collection-skorinqin səmərəli sisteminin iş sxemi ümumi cəhətlərlə belədir.

Monitorinq və hesabat

Yuxarıda artıq səmərəli statistik aparatın olmasının zəruriliyi, yəni sistemin fəaliyyətinin monitorinq imkanı haqqında bəhs edilmişdir. Bu imkan collection-skorinqin nəticələri üzrə hesabatların yaradıloması ilə reallaşır. Təcrübədə belə hesabatları iki qrupa bölmək olar.

1. İdarəetmə hesabatları – sistemin fəaliyyəti haqqında informasiyanın bütöv massivini təhlil etməyə imkan verir. Belə hesabatlar Debtor”s Pool-dan olan hər hansı informasiya üzrə qurula bilər (məsələn, onlar borcluların kateqoriyalar üzrə, göstərilən təsirlərin səmərəliliyindən bölüşdürülməsini əks etdirə bilər). Bundan başqa, bütövlükdə collection-skorinqin bütün sisteminin mütəxəssis kollektorlarının işinin səmərəliliyini izləmək imkanı böyük rol oynayır. Bu hesabatın reallaşması üçün xüsusi hesabat yarımsistemlərindən istifadə olunur.

2. Əməliyyat hesabatları – sistemin vəziyyətini monitorinq etməyə imkan verir, məsələn, müəyyən dövr ərzində zənglərin statistikasını, dövr ərzində aktivləşdirilmiq mütəxəssislərinin iş yerlərini və s. monitorinqinə imkan yaradır. Bu cür hesabat adətən müvafiq mütəxəssis-administratorun iş yerinə qurulur.

Collection-skorinq alətlərinin kollektor agentlikləri üçün istifadəsi
Postsovet məkanında kollektor şirkəti – nisbətən yeni biznesdir. bu şirkətlərin fəaliyyəti – iradlı işin əmr, iddia və icra istehsalı ilə sintezidir. Bütün bu metodlar nəticəyə – maksimum qısa müddətlərdə minimum xərclərlə pul vəsaitlərinin qaytarılmasına yönəldilmişdir.

Müxtəlif şirkətlərdə borcun alınmasına yanaşma müxtəlifdir. Lakin bu şirkətlərin böyük hissəsi öz işlərində kollektor yanaşmasından istifadə edir ki, kollektor yanaşması kimi müəyyən etmək olar, yəni eyni tipli, sözsüz borcun böyük həcmdə alınması formalaşır.

Bu cür yanaşmanın reallaşması üçün ən optimal vasitə collection-skorinq sistemidir. Bu halda yuxarıda təsvir olunan sistemin imkanları xeyli genişləndirilmişdi. Məsələn, hard collection sahəsində borclu ilə hüquqi işin avtomatlaşhdırılması mexanizminin yaradılması vasitəsilə.

Ekspertlərin fikrincə, MDB-də kollektor bazarlarının inkişaf perspektivləri aşağıdakı kimidir:
– kollektor agentliklərinin sayının artması, kollektorların işlədiyi borcların həcminin artması, özəl kollektorların yaradılması ehtimalı vardır;
-tədrici unifikasiya və kollektor təşkilatlarının işlərinin texnologiyalarının yaxınlaşması;
– kollektor təşkilatları birliklərinin meydana gəlməsi (artıq birinci nümunələr vardır);
– kollektor fəaliyyətinin normativ tənzimlənməsinin meydana çıxması.

Bu perspektivlər ətrafında collection-skorinq səmərəli sisteminin tətbiqi perspektivləri şirkətə nəinki sabit işləməyə, hətta fəal surətdə biznesi inkişaf etdirməyə imkan verəcək.

Yekun

Dünya maliyyə böhranı xüsusilə banklara və maliyyə müəssisələrinə təsir etmişdir. Lakin bizi məhv etməyən hər şey bizi daha da güclü edir.

Böhran şəraitindən çıxmaq üçün banklar bütün resurslarını həm verilmiş kreditlərin təmin edilməsi üçün, həm də kredit portfelinin yaxşılaşması üçün səfərbər etməlidirlər. Kredit skorinqi bank işçilərinə hazırda böhrandan çıxmaq üçün zəruri olan vasitədir. Kredit skorinqinin texnologiyaları, xüsusilə collection-skorinqin texnologiyaları həm yerli, həm də dünya kreditləşməsi üçün səmərəli dərmandır. Məhz indi, kreditləşmə bazarında sakitlik başlandığı bir zamanda bankların və kredit təşkilatlarının yeni səmərəli texnologiyaların tətbiqi üçün vaxt və imkanları vardır. Bu texnologiyalar onlara bazarda aktivliyin bərpası anı üçün onlara daha tam hazırlıqlı olmağa, təkcə pərakəndə satışı saxlamağı deyil, həm də mənfəətli etməyə kömək edəcək.

Son xəbərlər
Digər xəbərlər