8 C
Baku
Thursday, January 9, 2025

Nazirlər Kabineti icra orqanlarına ASK ilə bağlı 1 ay vaxt verdi

İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Sərəncamın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin və onun tabeliyindəki digər müəssisələrin ləğv edilməsi ilə bağlı təkliflərini bir ay müddətində vaxt verilib.

Banker.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti sərəncam imzalayıb.

Xatırladaq ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin  ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixində sərəncam imzalayıb.

Sərəncamda deyilir:

  1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 431 nömrəli Sərəncamının (bundan sonra – Sərəncam) 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktlarda dəyişiklik edilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
  2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Sərəncamın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin və onun tabeliyindəki digər müəssisələrin ləğv edilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
  3. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər. 4. 2 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. 5. Bu Sərəncamın 1-ci, 3-cü və 4-cü hissələrinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2-ci hissəsinin icrası İqtisadiyyat şöbəsinə həvalə edilsin. 6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Son xəbərlər
Digər xəbərlər