8 C
Baku
Thursday, January 9, 2025

BYD qlobal elektrik avtomobil bazarında Tesla-nı geridə qoyub

BYD qlobal elektrik avtomobil bazarında Tesla-nı geridə qoyub. Bütün 2023-cü ildə İlon Maskın Tesla şirkəti təxminən 1.8 milyon elektrikli avtomobil satıb. BYD-nin nəticəsi cəmi 1.57 milyon olsa da, yüksək artım tempi ilə seçilib: 2022-ci illə müqayisədə tədarük 73% yüksəlib.

Beləliklə, 2023-cü ildə Tesla 230 minə yaxın avtomobil satışı ilə çinli rəqibini qabaqlayıb. 2022-ci ildə fərq təxminən 400 min ədəd təşkil edib. BYD-nin istehsal və təchizat həcmi, digər Çin avtomobil istehsalçıları kimi, hökumət dəstəyi sayəsində sürətlə artır. Onlar yerli şirkətləri sıxışdırıb Avropada da öz mövqelərini gücləndirirlər.

Payızda Avropa Komissiyası (AK) bazarda balanssızlıq yaradan Çin elektromobillərinin qiymətinin çox aşağı olması ilə bağlı araşdırmaya başlayıb. ÇXR Avropanı “açıq proteksionizmdə” ittiham edərək cavab verib.

Son xəbərlər
Digər xəbərlər