“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “Protean Construction” ASC ilə 19 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsinin yenidənqurulması layihəsi çərçivəsində daxili kommunikasiya (yol, səki və yaşıllaşdırma) işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 18 730 866 manatdır.