11 C
Baku
Friday, January 10, 2025

Azərbaycandan Bolqarıstana qaz tədarükü dayandırıldı

7 yanvar 2025-ci ildən etibarən Azərbaycandan Bolqarıstana təbii qaz tədarükləri texniki səbəblərə görə müvəqqəti dayandırılıb.

Məlumatına görə, bu barədə “Bulqarqaz” məlumat yayıb və bildirib ki, tədarüklərin 11 yanvar 2025-ci ildə bərpa olunması gözlənilir.

“Texniki dayandırma barədə bildiriş 6 yanvar 2025-ci ildə Azərbaycan tədarükçüsündən alınıb”, – şirkətdən bildirilib.

Baş vermiş vəziyyətdən baxmayaraq, “Bulqarqaz” türk şirkəti BOTAŞ ilə razılaşma əsasında qazın əvəzləyici həcmlərini sürətlə təmin edib.

“Bu, əlavə xərcin qarşısını alaraq regionda təbii qaz bazarında sabitliyi qorumağa imkan verib”, – şirkət əlavə edib.

Qeyd edək ki, Azərbaycan Bolqarıstana qazı Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə çatdırır. Kəmərin ötürücülük qabiliyyəti ildə 3 milyard kubmetrdir, onun 5 milyard kubmetrə qədər artırılması mümkündür.

Son xəbərlər
Digər xəbərlər