8 C
Baku
Friday, January 10, 2025

Azərbaycana ikinci ən çox gələn hindistanlı turistlər hara gedirlər (SİYAHI)

Azərbaycana gələn Hindistan vətəndaşlarının sayında kəskin artım müşahidə edilməkdədir.

Banker.az xəbər verir ki, 2024-cü ilin ilk on bir ayında Cənubi Asiya ölkəsindən Azərbaycana 214.71 min vətəndaş səfərə gəlib və bunun da 97 faizdən çoxu  və ya 208.8 min nəfəri sırf turizm məqsədi ilə səfər edənlərdir. Sırf istirahətə gələn hindistanlıların sayı 196 min nəfərdən çoxdur. Bu da illik müqayisədə ikiqat yüksəlişdir.

Turizim məqsədi ilə gələnlərin 60 faizi və ya 125.8 min nəfərini kişi, 40 faizi və ya 83 min nəfərini qadın təşkil edib.

Onların böyük hissəsi Bakı, Qəbələ və Qubada gecələyiblər.

Hindistanlılar hansı şəhəərlərdə gecələyib?
Şəhər/rayon Say
Bakı 550347
Qəbələ 48997
Quba 48566
Qusar 40860
Şəki 25052
Şamaxı 19708
İsmayıllı 13281
Lənkəran 8610
Naftalan 5923
Xaçmaz 5350
Zaqatala 4042
Şabran 4035
Gəncə 3670
Qax 3181

 

Hindistanlılar Rusiyadan sonra Azərbaycanda ən çox xərc çəkmiş turistlərdir. Bu ölkədən gələn turistlər 461.8 milyon manat xərc çəkiblər və bu da illik 123 faiz artımdır.

Son xəbərlər
Digər xəbərlər