8 C
Baku
Friday, January 10, 2025

Bakıda 2030-cu ilədək iki metrostansiyasının tikintisi başa çatacaq

“Metronun 2030-cu ilə qədər inkişafına dair yenilənmiş proqrama əsasən 2 stansiyanın tikintisinin tamamlanması planlaşdırılır”.

Bunu “Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar” barədə mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.

O bildirib ki, bu, sərnişin axınını 88 milyon nəfərədək artıracaq.

“Proqrama daha 2 stansiyanın tikintisinin tamamlanması, 1 stansiyanın təmirinin başa çatdırılması və 8 yeni stansiyanın inşası daxildir”,-deyə o qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər