Gəncə şəhərində ictimai nəqliyyat şəbəkəsinin tamamilə yenilənməsi planlaşdırılır.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bunun üçün zəruri vəsait ayrılıb: “Gəncədə avtobusların yenilənməsi və qarajların yenidən qurulması təmin ediləcək: “Lakin bu kifayət etmir. Hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi digər şəhərlərimizdə – Naxçıvan, Mingəçevir, eləcə də işğaldan azad olunmuş ərazilərdə ictimai nəqliyyatın təşkili ilə bağlı məsələlərlə məşğul olur”.