8 C
Baku
Monday, January 13, 2025

“Azəriqaz” rəhbərinin müşaviri avtomobillə piyadanı vuraraq öldürüb

Bakıda avtomobillə piyadanı vuraraq ölümünə səbəb olan Nail Abdullayev vəzifəli şəxs imiş.

Hadisə Sabunçu körpüsünün yaxınlığında, H.Əliyev prospekti ilə Hava limanı istiqamətində baş verib.

1980-ci il təvəllüdlü Nail Abdullayev idarə etdiyi “Mercedes” markalı, 77-YD-054 dövlət nömrə nişanlı avtomobillə 40-45 yaşlarda kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Belə ki, qəzanı törədən Nail Abdullayev “Azəriqaz” İstehsalat Birliyin baş direktorun müşaviridir.

Onu da qeyd edək ki, qəza prospektin piyadalar üçün nəzərdə tutulmayan hissəsində baş verib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb.

Son xəbərlər
Digər xəbərlər