Azərbaycan Dövlət Neft Fondu (ARDNF) VTB-dəki payını artırmaq niyyətində deyil. Bu barədə ARDNF-dən sorğuya cavab olaraq bildirilib.
Xatırladaq ki, Rusiya hökuməti dövlətin VTB-dəki payını 10,9% azaltmaq niyyətində olduğunu bəyan edib. Bununla belə, nəzarət paketi yenə də dövlətdə qalacaq.
Qeyd edək ki, Rusiya Federasiyanın Dövlət Əmlakının İdarəedilməsi üzrə Federal Agentliyi VTB-də 60,93%-lik səhmə malikdir. Azərbaycan Dövlət Neft Fondu bankda 2,95%-lik səhm paketinə malikdir.
APA-Economics