Daxili xidmət polkovnik-leytenantı Anar Əzizağa oğlu Salahov Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
A.Salahovun yerinə Rüfət Elbrus oğlu Qorçiyev gətirilib.
Qeyd edək ki, Anar Salahov 2017-ci ildən Neftçala Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.