6 C
Baku
Wednesday, January 15, 2025

“TikTok” aktivlərinin İlon Maska satıla biləcəyi ilə bağlı xəbərləri təkzib edir

“TikTok” sosial şəbəkəsi ABŞ bölməsinin milyarder İlon Maska satılması ilə bağlı xəbəri təkzib edib. “Bizdən bu fantastik xəbər haqqında şərh gözləmək olmaz”,  – “TikTok”un sözçüsü deyib.

Xatırladaq ki, daha əvvəl “Bloomberg” agentliyi bildirib ki, Çin mümkün variantlardan biri kimi “TikTok”un ABŞ bölməsini Maska satmağı düşünür. Onun fikrincə, bu, şirkət ABŞ-də tətbiqə qoyulan qadağaya etiraz edə bilmədiyi halda baş verə bilər.

Bununla belə, sosial platformanın satışı üçün son tarix yaxınlaşdıqca, Çin rəsmiləri fəaliyyət planlarını müzakirə etməyə başlayıblar ki, bunlardan da biri şirkətin ABŞ əməliyyatlarının Maska satılmasını nəzərdə tutur.

Qeyd edək ki, Çinin “ByteDance” şirkəti ya sosial şəbəkəni satmalı, ya da yanvarın 19-dək ABŞ-dəki fəaliyyətini dayandırmalıdır.

Hazırkı prezident Co Bayden 2024-cü ildə Konqres tərəfindən qəbul edilən qanunu müvafiq müddəalarla imzalayıb.

Son xəbərlər
Digər xəbərlər