6 C
Baku
Wednesday, January 15, 2025

“Azsığorta”nın rəhbərliyində təyinat olub

“Azsığorta” ASC-nin də rəhbərliyinə yeni təyinat baş tutub.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən İlkin Zeynalov İlqar oğlu İdarə Heyətinin üzvü seçilib.

İ.Zeynalov 2025-ci ilin yanvarından etibarən bu vəzifəyə seçilir və müvəqqəti üzv kimi rəsmiləşdirilib. O, 2015-ci ildən biznesin inkişafı departamentinin direktorudur. O, 2024-cü ilin martından “Aqrar Sığorta Müştərək Sığorta” ASC-nin Direktorlar Şurasına sədr təyin edilib.

Bununla da, İdarə Heyətinin strukturunda 5 şəxs olacaq:

  1. Yusif Rəhim oğlu Soltanov – sədr
  2. Qoşqar Arif oğlu Şəkərəliyev – sədr müavini
  3. Elbrus Həbib oğlu Fərzəliyev – sədr müavini
  4. Fərid Mübariz oğlu Qarayev – üzv
  5. İlkin Zeynalov İlqar oğlu

Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20.3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99.64%-lik, “Bank of Baku” ASC-nin isə 31.11%-lik səhmdarı) məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər