6 C
Baku
Wednesday, January 15, 2025

Bitcoin hara gedir: $50 min, yoxsa $250 min?

Banker.az-ın İnvestisiya kanalı

Kriptovalyuta dünyasında “buğa” kimi tanınan mütəxəssis Tom Li cari ilin sonuna qədər bitkoinin qiymətinin 250 min dollara çatacağına inandığı bildirdi.

Lakin məşhur elektron pulun hansı tarixdə, hara düşəcəyi ilə bağlı fikirləri demək olar ki, ötən gün ön plana çıxarılmadı. Yəni sərlövhələrdə “250 min dollar) olacağı daha qabarıq paylaşıldı. O bildirmişdi ki, Bitcoin 50 min dollara qədər düşüb, oradan sürət yığacaq.

Li düşünür ki, hazırda Bitcoin-in 90-100 min dollar diapazonunda konsolidasiyası normal haldır və investorların əhval-ruhiyyəsinin qorxudan tamahkarlığa dəyişməsinə səbəb ola bilər.

Bazar ertəsi bitcoin 90 min dollardan aşağı düşdü, lakin çərşənbə axşamı 96.5 min dolları keçərək 8%-dən çox artım göstərdi.

“Fundstrat” tədqiqat mərkəzinin rəhbəri olan Li CNBC-yə müsahibəsində Bitcoin-in mövcud korreksiyasının normal olduğunu bildirib.

“Bu, volatilliyi yüksək olan bir aktiv üçün normal korreksiyadır, çünki o, öz maksimumundan 15% aşağı düşüb,” — deyə o qeyd edib.

Kriptovalyuta bazarını təhlil etmək üçün blokçeyn məlumatlarını istifadə edən bir platforma “Glassnode”un məlumatlarına görə, hazırkı dövrdə bitcoin nisbətən kiçik enişlər yaşayıb, təxminən 15–20%. Bu isə əvvəlki “buğa” bazarındakı 30–50% enişlərlə müqayisədə daha kiçikdir və aktivin daha yetkin hala gəldiyini göstərir.

Bitcoin 50 min dollara qədər düşə bilər…

Tom Li 70 min dollar səviyyəsini güclü dəstək səviyyəsi hesab edir. O, həmçinin əgər 70 min dollar səviyyəsi qorunmazsa, 50 min dollar səviyyəsinin test edilə biləcəyini düşünür.

Xatırladaq ki, analitiklər dəstəkmüqavimət səviyyələrini müəyyən etmək üçün Fibonaçi səviyyələri adlanan metodologiyadan istifadə edirlər. Bu səviyyələr tarixi maksimumun 23.6%, 38.2%, 50% və 61.8% nisbətinə əsasən hesablanır.

Qısamüddətli korreksiyaya baxmayaraq, Tom Li bitkoinin 2025-ci ildə ən perspektivli aktivlərdən biri olacağına əminliyini qoruyur. O, ilin sonu üçün 200–250 min dollarlıq hədəf göstəricilərinə dair nikbin mövqeyini saxlayır.

Son xəbərlər
Digər xəbərlər