6 C
Baku
Wednesday, January 15, 2025

Dünyanın ilk superkarının yeni versiyası təqdim edilib

Yaponiyanın “Liberty Walk” tüninq studiyası Tokio avtosalonunda dünyanın ilk superkarı hesab edilən “Lamborghini Miura”nın əsasında “LB-Silhouette WORKS GT” avtomobilini təqdim edib.

Bu barədə championat.com məlumat yayıb.

Məlumata görə, yeni model üçün tamamilə təzə kuzov yaradılıb.

Qeyd edək ki, “Lamborghini Miura” 1965-ci ildə Cimpaolo Dallaranın iştirakı ilə hazırlanıb və onun dizaynı “Bertone” studiyasında Marçello Qandini tərəfindən yaradılıb. 1966-cı ildə satışa çıxan avtomobil 275 km/saat (178 mil/saat) sürətə malik olmaqla “AC Cobra Mk III 427″ni geridə qoyaraq, ən sürətli yol avtomobili olub. “Lamborghini Miura” tarixdə ilk superkar hesab olunur və bu gün bu avtomobilin dəyəri milyonlarla dollardır.

1 10 3 7

 

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər