Beynəlxalq Enerji Agentliyi (IEA) 2025-ci il üçün qlobal neft tələbi üzrə proqnozunu yeniləyib.
Agentliyin aylıq hesabatına əsasən, 2025-ci ildə gündəlik qlobal neft tələbatı 1,06 mln. barel artaraq (öncəki proqnoz – 1,08 mln. barel), 103,96 mln. barel təşkil edəcək.
Qeyd olunur ki, 2024-cü ildə gündəlik qlobal neft tələbatı 102,9 mln. barel olub. Beləliklə, 2025-ci ildə gündəlik qlobal neft tələbatı 2023-ci ilin göstəricisi ilə müqayisədə 1,06 mln. barel artacaq.