6 C
Baku
Wednesday, January 15, 2025

Böyük Britaniyada inflyasiya dekabr ayında gözlənilmədən yavaşlayıb

İki aylıq artımdan sonra Böyük Britaniyanın istehlak qiymətləri indeksi (CPI) dekabr ayında aşağı düşərək bir çox London iqtisadçısını təəccübləndirib. Əgər oktyabrda inflyasiya illik ifadədə 2.3%, noyabrda isə 2.6% olubsa, dekabrda qiymət artımı 2.5% səviyyəsində olub. Bu məlumatlar Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) aylıq hesabatında təqdim olunur.

İnflyasiyanın zəifləməsinə ən böyük töhfəni restoran və mehmanxanalarda, eləcə də geyim, ayaqqabı, alkoqol və tütün məmulatlarında qiymətlərin aşağı salınması olub.

Müəyyən azalmaya baxmayaraq, inflyasiya İngiltərə Bankının 2%-lik hədəfindən yüksək olaraq qalır. Və “The Guardian”ın adı çəkilməyən ekspertlərə istinadən qeyd etdiyi kimi, ilin sonuna kimi onun 3%-i ötməsi mümkündür.

Eyni zamanda, dekabr ayı üzrə inflyasiya məlumatları İngiltərə Bankının fevralın 6-da keçiriləcək növbəti iclasında faiz dərəcələrini azaltması üçün əsas ola bilər. Hazırda faiz dərəcəsi 4.75% təşkil edir.

Son xəbərlər
Digər xəbərlər