12 C
Baku
Wednesday, December 11, 2024

Beynəlxalq Valyuta Fondu qlobal maliyyə islahatlarına çağırır

Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristin Laqard daha mükəmməl beynəlxalq valyuta sistemi yaratmağa çağırıb. Elə bir sistem ki, orada təkcə inkişaf etmiş ölkələr yox, inkişaf etməkdə olan ölkələr də özlərini təhlükəsiz şəraitdə hiss etsinlər.

Bu barədə RİA-Novosti məlumat yayıb.

BVF rəhbəri bildirib ki, 2008-ci il böhranından sonra formalaşdırılan mövcud sistemdə islahatlara ehtiyac var. Çünki o vaxtdan bəri çox şey dəyişib: “Məsələn, bir ölkədən başqa bir ölkəyə – inkişaf etmiş ölkədən inkişaf etməkdə olan ölkəyə təkcə maliyyə yatırmaq imkanları, kapital axını yox, həm də risklər artıb”.

Kristien Laagard
Kristin Laqard

İcraçı direktor bildirib ki, hazırda mövcud sistem tərəfindən ən az müdafiə olunan inkişaf etməkdə olan iqtisadiyyatdır.

Virtualaz

Son xəbərlər
Digər xəbərlər