Kriptovalyuta tədricən maliyyə sferasında öz yerini tutur. Getdikcə daha çox istifadəçi rəqəmsal pula təkcə investisiyalar üçün deyil, həm də gündəlik ödənişlər üçün müraciət edir. “Chainalysis” bildirir ki, kriptovalyuta xüsusilə Cənubi və Mərkəzi Asiya, Okeaniya və ABŞ-də geniş yayılıb.
Rəqəmsal pullardan ən çox xaricə səyahət zamanı istifadə etmək əlverişlidir. Belə ki, kriptovalyuta konvertasiya tələb etmir və məlumatların təhlükəsizliyini təmin edir.
2025-ci ildə kriptovalyuta ilə ödəniş edə biləcəyiniz ölkələr:
Almaniya, Sinqapur, Estoniya, Niderland, Salvador, Malta, ABŞ, Portuqaliya, İsveçrə və Kanada.
“Chainalysis”ə görə, 2024-cü ildə kriptovalyutadan ən aktiv istifadə edən 10 ölkə:
Hindistan, Nigeriya, İndoneziya, ABŞ, Vyetnam, Ukrayna, Rusiya, Filippin, Pakistan və Braziliya.
Maraqlıdır ki, bu ölkələrin əksəriyyətində kriptovalyuta biznes fəaliyyəti üçün deyil, gündəlik ödənişlər üçün istifadə olunur. Korporativ sektor yalnız ABŞ, Braziliya və İndoneziyada bazarın böyük hissəsini təşkil edir. TOP-10-a daxil olan digər ölkələr kriptovalyutalardan əsasən məişət əməliyyatları üçün istifadə edir.