6 C
Baku
Wednesday, January 15, 2025

Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib

Azərbaycan Respublikası Auditorlar Palatası iki auditor təşkilatın lisenziyasını ləğv edib.

Banker.az xəbər verir ki, bunlar “Global and Legal Audit” MMC “T. A. T Global Audit” MMC-dir.

“Global and Legal Audit” MMC-yə verilən lisenziyanın müddəti 25.04.2028-ci ilədək, “T. A. T Global Audit” MMC-nin isə 30.04.26-ci ilədək təqdim edilmişdi.

Auditor təşkilatı Auditorlar Palatasının verdiyi lisenziya əsasında Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərmək hüququnu əldə etmiş və nizamnaməsinə görə yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxsdir.

Son xəbərlər
Digər xəbərlər