“Bank of Baku” ASC 2024-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb. Bank il ərzində 25.9 milyon manat xalis mənfəət əldə edib ki, bu da keçən ilin müvafiq dövründəki 25.5 milyon manatlıq mənfəətlə müqayisədə artımdır.
Banker.az bunu bankın ilin son rübünə olan maliyyə hesabatına istinadən xəbər verir.
Cəmi faiz gəlirləri 152.7 milyon manat olmaqla bu 2023-cü ilin göstəricisindən (128.3 milyon manat) 19.0% çoxdur. Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 144.3 milyon manat təşkil edərək əsas paya sahib olub.
Hesabat dövründə bankın faiz xərcləri 54.6 milyon manat olub ki, bu da 33.2% artımdır. Faiz xərclərinin əsas hissəsi depozitlər üzrə faizlərə (50.9 milyon manat) yönəlib.
Qeyri-faiz gəlirləri illik 39.7% artımla 18.7 milyon manat, qeyri-faiz xərcləri isə 16.3% artımla 85.6 milyon manata yüksəlib.
BoB-un xərclərində əsas xərclər əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 35.9 milyon manat təşkil edib.