Təxminən 4 milyon barel Rusiya nefti daşıyan beş tanker Çin sahillərində gözləyir. Məlumata görə, beş tankerdən üçü ABŞ sanksiyaları altındadır, “Bloomberg” yazır. Qeyd olunur ki, məhdudiyyətlər hələ qüvvəyə minməsə də, Çin limanları Rusiya Federasiyasından yanacaq qəbul etməkdən çəkinir.
Agentlik qeyd edir ki, son günlər “boş duran” neftin həcmi təxminən iki dəfə artıb. Gəmi brokerləri yanacağın gəmidən gəmiyə daşınmalarının sayının artacağını, həmçinin kölgə donanmasının kiçik limanlara keçəcəyini gözləyirlər.
Yanvarın 10-da ABŞ Rusiyanın yanacaq-energetika kompleksinə, xüsusən də “Qazprom Neft” və “Surqutnefteqaz”a, onlarla neft-mədən xidməti şirkətlərinə və 183 tankerə qarşı sanksiyalar tətbiq edib. Yanvarın 15-də ABŞ Maliyyə Nazirliyi 250 fiziki və hüquqi şəxsə məhdudiyyətlərin tətbiq edildiyini, onlardan 100-ə yaxınının yenidən sanksiyalara məruz qaldığını açıqlayıb.
Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal bazarda neft profisitinin səviyyəsi ilə bağlı proqnozuna yenidən baxıb. IEA noyabr proqnozunda gündəlik neft hasilatı artımının 1 milyon bareldən 725 min barelə düşəcəyini gözləyir.