2024-cü ildə Azərbaycanda operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 28 milyard 394,1 milyon kVt·st, ixracı 1 milyard 397,5 milyon kVt·st, idxalı isə 170,5 milyon kVt·st olub.
Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“2023-cü illə müqayisədə elektrik enerjisinin istehsalı su elektrik stansiyalarında 1 247,8 milyon kVt·st, günəş elektrik stansiyalarında isə 476,9 milyon kVt·st artıb. Bu dövrdə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı təxminən 14 % olub”, – deyə o qeyd edib.