Ötən ilin dekabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 154 ölkə arasında öncəki ayla müqayisədə 1 pillə irəliləyərək 65.59 MB/S sürətlə 91-ci yerdə qərarlaşıb.
Banker.az “Speedtest Global Index”ə istinadən xəbər verir ki, sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur, axırıncı yeri isə Kuba tutub.
Azərbaycan mobil internetin sürətinə görə noyabr ayına nisbətən dekabrda 1 pillə irəliləyərək 56.78 MB/S sürətlə 110 ölkə arasında 55-ci olub. Mobil internetin sürətinə görə birinci yeri BƏƏ, sonuncu yeri isə Əfqanıstan tutub.