Azərbaycan şirkətləri Gürcüstanın bir nömrəli investorudur.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan Gürcüstana 3,6 milyard ABŞ dolları həcmində sərmayə yatırıb:
“İki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə bir milyard dollara çatıb”.