7 C
Baku
Thursday, January 16, 2025

Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini ləğv etdi

Azərbaycan Mərkəzi Bankının havalandırma istemləri üzrə ixtisaslaşan “Klimatex” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib etdiyi cərimə protokoluna məhkəmə tərəfindən xitam verilib.

Banker.az xəbər verir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılan işdə barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib etdiyi cərimə təmin edilməyib.

Məhkəmə iclasında “Klimatex”in barəsində başladılan inzibati icraat üzrə xəta tərkibi olmadığı üçün icraata xitam verilib.

Azərbaycan Mərkəzi Bankının 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir.

Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır.

Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2  il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000  ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Klimatex” 2004-cü ildə 2004-cü ildə təsis edilib və 220 010 manatdır. Şirkətin direktoru  İlham Mahmudov Mahmud oğludur.

Son xəbərlər
Digər xəbərlər