7 C
Baku
Thursday, January 16, 2025

Bakıda “Qlobal CEO Zirvəsi 2025” tədbiri keçiriləcək

25 fevral tarixində ölkəmizdə ilk dəfə olaraq 500-dən çox rəhbər şəxs, o cümlədən aparıcı yerli və beynəlxalq şirkətlərin baş icraçı direktorları, iş adamları, sahibkarlar və C-level idarəçilərin iştirakı ilə menecment sahəsində dünyada tətbiq olunan yeniliklər bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, qabaqcıl təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən “Global CEO Summit 2025” tədbiri baş tutacaq. Tədbir Azərbaycan HR İnstitutu və CEO Club Azərbaycanın birgə təşkilatçılığı ilə həyata keçirilir.

«Global CEO Summit 2025» Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 Fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti on il ərzində reallaşdırılması planlaşdırılan 5 “Milli prioritetlər”dən birincisi olan “Dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat” vurğu etməklə iqtisadiyyatın inkişafına və dünyaya inteqrasiyasına töhfə vermək, idarəetmə və insan kapitalının inkişafına dəstək olmaq, maliyyə və rəqəmsal transformasiya, müasir tələblərə uyğun kadr potensialının formalaşdırılması, eyni zamanda müasir texnologiya inkişafının gətirdiyi və gələcəkdə gətirməsi gözlənilən yeniliklər fonunda “Vizyoner liderliyin gücləndirilməsi” (Empowering Visionary Leadership) konseptini özünə şüar olaraq seçmişdir.

Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov tədbirin təşkili ilə bağlı məlumat vermişdir:

“Bu miqyaslı tədbiri keçirməkdə məqsədimiz yerli və beynəlxalq şirkət rəhbərləri, C-level idarəçilərin öz təcrübələrini bir-biriləri ilə paylaşmasına imkan yaratmaq, o cümlədən dünyada idarəetmə sahəsində baş verən yenilikləri qlobal şirkət nümayəndələrin dilindən eşitməkdir. Hal-hazırda yerli və qlobal şirkətlərin rəhbərləri ilə danışıqlarımız davam edir. Onların bu tədbirə ciddi maraq göstərməsi və təcrübələrini paylaşmaq istəkləri bizim üçün sevindirici haldır. Tədbir 2 paneldən və dünyanın 1 nömrəli İdarəetmə Kouçu tərəfindən eksklüsiv masterklasdan ibarət olacaq. Tədbir iştirakçıları qlobal bazarda idarəetmə trendləri və onun gələcək imkanları, CEO liderliyinin yeni erası, süni intellekt və insan mərkəzli Liderlik, rəqəmsal transformasiya, rəhbər vəzifələrdə karyera keçidlərinin dəyəri və s. maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələrə sahib olacaqlar.”

“Global CEO Summit 2025” tədbirində iştirak etmək üçün xüsusi endirimli biletləri https://ebiletstore.com/ event/global-ceo-summit-2025  linki vasitəsi ilə qeydiyyatdan keçməklə əldə edə bilərsiniz.

Qeyd etmək istəyirik ki, Azərbaycan HR İnstitutu təşkilatçılığı ilə “Baku International CEO Summit 2022”, “Global HR Summit 2023”, “World HR Summit 2024” və “COP29 Human Capital Forum” tədbirləri uğurla həyata keçirilib.

Jalal Gasimov speaker post

Navid Nazemian edit

Son xəbərlər
Digər xəbərlər