2024-cü ildə istintaqı başa çatdırılan cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulan 131 365 409 manat məbləğində maddi ziyandan 50 394 439 manatının, o cümlədən icraatına xitam verilən cinayət işləri üzrə özgə əmlakına vurulan 19 milyon 726 167 məbləğində maddi ziyanın tam olaraq ödənilməsi təmin olunub.
Bu barədə Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov məlumat verib.
O bildirib ki, zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılan cinayət işləri üzrə 31 930 592 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.