5 C
Baku
Friday, January 17, 2025

Benyamin Netanyahu Qəzza üzrə sazişin imzalandığını təsdiqləyib

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi yəhudi dövləti, Fələstinin HƏMAS hərəkatı, ABŞ və Qətər arasında Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanın imzalandığını təsdiqləyib.

“Netanyahu planı təsdiqləmək üçün hərbi-siyasi kabinetin çağırılması və daha sonra hökumətin iclasının keçirilməsi barədə göstəriş verib”, – mesajda deyilir.

İsrail və HƏMAS arasındakı razılaşmanı yanvarın 15-də Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani elan edib. Birinci mərhələdə İsrail qoşunlarını anklavdan çıxarmağa başlayacaq, HƏMAS isə 33 girovu azad edəcək. İkinci mərhələdə bütün israillilər azal ediləcək və daimi atəşkəs elan olunacaq. Üçüncü mərhələdə tərəflər ölənlərin cənazələrini dəyişdirəcək, Qəzzada yenidənqurma işlərinə başlanacaq.

Son xəbərlər
Digər xəbərlər