5 C
Baku
Friday, January 17, 2025

Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yüksəldib

Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yenidən müəyyən edib.

Bu barədə məlumat bankın “Qlobal İqtisadi Perspektivlər” hesabatının yanvar buraxılışına yer alıb.

İyun proqnozunu ilə müqayisədə Dünya Bankı yanvarda Azərbaycanın 2025-ci il üzrə iqtisadi artım proqnozunu yaxşılaşdıraraq 2,7%-ə yüksəldib.

Bu da əvvəlki proqnozla müqayisədə 0,3 faiz bəndi çoxdur. Bankın analitikləri 2026-cı ildə isə Azərbaycanda 2,4% iqtisadi artım proqnozlaşdırıb.

2024-cü il üzrə Azərbaycan iqtisadiyyatında artım 4% təşkil edib ki, bu da Dünya Bankının proqnozunu 1,7% bəndi üstələyib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər