5 C
Baku
Friday, January 17, 2025

Ağdamda yaşayış binalarının tikintisi 107 milyon manata başa gələcək

“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs 107 milyon manatlıq 3 tender elan edib.

Banker.az xəbər verir ki, tenderlərdə “Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 1 və 2-ci, 3 və 4-cü, 5 və 6-cı məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işləri”nin satın alınması nəzərdə tutulur.

Ehtimal olunan qiymətlər isə müvafiq olaraq 42 479 711 manat,  21 863 890 manat və 42 881 950 manatdır.

Son xəbərlər
Digər xəbərlər