Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ildə 826.6 milyon manatlıq məhsul istehsal edilib.
Banker.az DSK-ya istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 44.7 faiz artmış, maşın və avadanlıqların istehsalı 51.4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 50.3 faiz azalıb.
2024-сü ildə 5998 ədəd və ya əvvəlki illə müqayisədə 2129 ədəd çox (55% çox) minik avtomobili istehsal olunmuşdur. 01.01.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 115 ədəd təşkil edir.
Dövr ərzində əvvəlki illə müqayisədə traktorların istehsalı 5.9 faiz azalıb.