AZAL təyyarəsinin Aktuada qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiyanın müvafiq qurumları, hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparırıq.
Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hər üç ölkədə cinayət işi başlanılıb, istintaq aparılır: “Hər üç dövlət özünə aid sübutları toplayır, sonradan bu sübutların birgə tədqiqatı aparılacaq”.