Eritreyada saxlanılan gəmilərimizlə bağlı qarşı tərəflərlə Ankara, Moskva səfirlikləri vasitəsilə də danışıqlar davam edir.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, danışıqlarda müsbət irəliləyişlər müşahidə olunur.
C.Bayramov qeyd edib ki, məsələ barədə ilk məlumat daxil olan kimi nazirlik və müvafiq diplomatik missiyalar addım atıb, aidiyyəti qurumlarla birlikdə iş görülür.