Azərbaycanda konsolidasiya barədə protokol imzalamış iki bankı birləşməkdən imtina edib. Söhbət “Bank Standard” və “AGBank”dan gedir.
Bu barədə bank sektorundakı mənbələrdən bildirilib. Məlumata görə, adı çəkilən banklar bazarda müstəqil şəkildə fəaliyyətlərini davam etdirməyə qərar veriblər.
Bu arada onu da xatırladaq ki, “AGBank”ın səhmdarları bir qədər əvvəl bankın kapitalının 100 milyon manat artırılmasına qərar veriblər.
Finsaz