3 C
Baku
Wednesday, January 22, 2025

“Regional” BOKT-nin rəhbərliyində təyinatlar olub

“Regional” BOKT MMC-nin rəhbərliyində yeni təyinatlar olub.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarına əsasən Kamil Vəlizadə Fərhad oğlu Müşahidə Şurasının sədri vəzifəsindən azad edilib.

Onun yerinə Müşahidə Şurasına sədr kimi Samir Abdullayev Rafiq oğlu seçilib.

Azər Hacıyev Vahid oğlu Müşahidə Şurasının üzvü  vəzifəsinə təyin edilib.

Xatırladaq ki, “Regional” BOKT 2014-cü ildə təsis edilib və 500 100 manat nizamnamə kapitalına sahibdir.

Son xəbərlər
Digər xəbərlər