Türkiyə Nazirlər Kabineti prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanıb.
Bu barədə Türkiyə KİV məlumat yayıb.
İclasda HƏMAS və İsrail arasında atəşkəs, həmçinin Suriyanın yeni administrasiyası ilə əməkdaşlığın artırılması müzakirə olunacaq. Terrorla mübarizə və iqtisadiyyatdakı inkişaflar da qiymətləndiriləcək.
Türkiyə liderinin bu gün Boludakı xizək kurortunda baş verən faciəni müzakirə edəcəyi də gözlənilir.