9 C
Baku
Wednesday, January 22, 2025

“Saudi Aramco”nun rəhbəri 2025-ci ildə neft tələbatına dair proqnoz verib

“Saudi Aramco”nun rəhbəri Amin Nasser Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Reuters” agentliyinə bildirib ki, 2025-ci ildə neftə tələbat gündə 1.3 milyon barel artacaq.

Bununla da o, prezident Donald Trampın ABŞ-də karbohidrogen hasilatının artmasına səbəb ola biləcək qərarlarının enerji sektoruna təsiri ilə bağlı sualı cavablandırıb. “Biz hələ də neft bazarının sağlam olduğunu düşünürük”, – cənab Nasser söyləyib.

Sanksiyaların Çin və Hindistandan Səudiyyə Ərəbistanı neftinə tələbatı artırıb-artırmaması ilə bağlı suala Nasser deyib ki, “Aramco” bu ölkənin enerji nazirliyinin qərarlarına tabedir.

Xatırladaq ki, yanvarın 10-da ABŞ Maliyyə Nazirliyi “Qazprom Neft”, “Surqutnefteqaz”, o cümlədən kölgə donanmasının bir hissəsi olan və ya Rusiya şirkətlərinə məxsus 183 tankerə qarşı sanksiyalar tətbiq edib.

“Reuters” bildirir ki, yeni sanksiyalar Rusiyanın Çin və Hindistana neft tədarükünü məhdudlaşdıracaq. Treyderlər və analitiklərin fikrincə, sanksiyalar bu ölkələrin neft emalı müəssisələrini Yaxın Şərq, Afrika və Amerikadan daha çox neft almağa məcbur edəcək və bu, qlobal qiymətləri və nəqliyyat xərclərini artıracaq.

Son xəbərlər
Digər xəbərlər