9 C
Baku
Thursday, January 23, 2025

Bank BTB-də yeni təyinat

Bank BTB-də 2025-ci ilin ilk təyinatı olub. Belə ki, Bəhruz Kazımlı Bank BTB-nin Satışlar departamentinin direktoru vəzifəsinə təyin edilib. O, bankın bütün məhsul və xidmətlərinın satışına rəhbərlik edəcək.

Bəhruz Kazımlı 2006-2010, 2011-2013-cü illərdə bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (hər ikisi fərqlənmə diplomu ilə) alıb. Müxtəlif illərdə ixtisaslaşmış sertifikasiya kurslarında təlim keçib, beynəlxalq sertifikatlara əsasən maliyyə, biznesin təşkili, kredit risklərinin idarə olunması sahələri üzrə bilik və bacarıqlara yiyələnib.

Bəhruz Kazımlı 14 ildən çoxdur ki, bank sahəsində çalışır.  Bank karyerasına “Bank of Baku”-da başlayıb, satış sahəsində kiçik ekspertdən Bank məhsullarının satış şöbəsinin müdiri və filial direktorunun müavini vəzifəsinədək irəliləyib. Əlavə olaraq “Yelobank”-da Satış sahəsi üzrə qrup rəhbəri, Turan Bank-da Pərakəndə Bankçılıq Departamentinin Direktoru kimi vəzifələrdə çalışıb. 2024-cü ilin may ayından etibarən Bank “BTB”-nin əmək kollektivi sıralarına qatılıb. 

Qeyd edək ki, Bank “BTB” ASC 2025-2027-ci illər üçün yeni strateji planını təsdiqləyib. Yeni inkişaf strategiyası çərçivəsində bank əsas diqqət və resurslarını müştəri məmnuniyyətinin yüksəldilməsi, keyfiyyətli müştəri bazasının artırılması, satış üsul və vasitələrinin təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi vasitələri ilə bazar payının artırılmasına nail olmağa yönəltmişdir. Bu nəticələrə çatmaq üçün Satışlar departmentinin məsuliyyətinə fərdi və hüquqi şəxslərə təklif olunan biznes kreditləri, İstehlak kreditləri, MİDA və ARİKZF hesablarına verilən ipoteka kreditləri, bankın satış məhsullarının müştərilərə təqdim olunması, satış siyasətinin qurulması, sağlam kredit portfelinin formalaşması kimi vacib öhdəliklər müəyyənləşdirilib.

Bank haqqında daha ətraflı məlumatı  bankın Məlumat Mərkəzinin (012) 946 qısa nömrəsindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər