8 C
Baku
Thursday, January 23, 2025

Azərbaycan və İran Astara terminalının tikintisinə dair müqavilə imzalayıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və İran Dəmir Yolları arasında “Astara terminalının tikintisi və istismar müqaviləsinin icrasına dair Strateji Əməkdaşlıq Planı” imzalanıb.

Müqavilə ADY sədri Rövşən Rüstəmovun Tehranda keçirilmiş Azərbaycan–İran Hökumətlərarası Birgə Komissiyasının növbəti iclasında İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri Sardrudi ilə görüşdə imzalanıb.

Dəmiryol rəhbərləri İranın Astara şəhərində yerləşən yük terminalının fəaliyyətinin genişləndirilməsi və terminalda aparılan işləri müzakirə ediblər.

Sənəd Azərbaycan və İran arasında 16-cı Hökumətlərarası Birgə Komissiyanın Protokolunun dəmiryol bölməsinə əsaslanaraq Astara terminalının Baş Planının təsdiqlənməsi, terminalda tikinti işlərinin bu ilin sonunadək tamamlanması, yekun investisiyaların tanınması və digər məsələləri əhatə edir.

Həm Azərbaycan, həm də İran ərazisindəki Astara terminalları Şimal-Cənub dəhlizi üzrə artan yükaşırma həcmlərinin daha sürətli və effektiv həyata keçirilməsinə, dəhlizin strateji potensialının reallaşdırılmasına, eləcə də Azərbaycanın və İranın nəqliyyat infrastrukturunun gücləndirilməsinə və regional ticarətin inkişafına imkan verir.

816b65df 61a3 376d b6e4 6f20140d9628 850 d92a8f17 a6aa 3ff7 a353 3f51a2a0eae7 a030a563 22e2 377d 9e7c 30eec733e48b

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər