8 C
Baku
Thursday, January 23, 2025

Azərbaycanda makaron istehsalı 63% artıb

2024-cü ildə Azərbaycanda 8 233.6 ton makaron məmulatları istehsal edilib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 62.9% artımdır.

Əvvəlki illə müqayisədə içki istehsalında 15,7 faiz, qida məhsullarının istehsalında 10,5 faiz, tütün məmulatlarının istehsalında isə 4,1 faiz artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından viski, brendi istehsalı 2.4 dəfə, tütün istehsalı 84.4 faiz, alkoqolsuz içkilərin istehsalı 14.9 faiz, duru bitki yağlarının istehsalı isə 4.5 faiz artıb.

Son xəbərlər
Digər xəbərlər