8 C
Baku
Friday, January 24, 2025

Avropa bankları səhmdarlara rekord €123 mlrd. ödəyəcək

2024-cü ilin sonuna qədər Avropa bankları (o cümlədən Britaniya bankları) səhmdarlara 123.4 milyard avro ödəyəcəklər. Bu, ən azı 2005-ci ildən bəri rekord göstəricidir, “Financial Times” yazır.

UBS-in proqnozlarına görə, 2024-cü ilin sonuna qədər ən əhəmiyyətli ödənişləri Britaniya bankı HSBC-nin səhmdarları alacaq – 19.3 milyard avro, ikinci və üçüncü yeri müvafiq olaraq “BNP Paribas” (11.6 milyard avro) və “UniCredit” (8.8 milyard avro) tutur.

2024-cü ildə banklar 74.4 milyard avro dividend və 49 milyard avro səhm satın alacaqlar. FT-nin qeyd etdiyi kimi, banklar COVID-19 pandemiyası zamanı ödənişlərin azaldılması və ya tamamilə dayandırılmasına görə səhmdarlara kompensasiya verməyə çalışırlar.

2008-ci il maliyyə böhranından sonra illər ərzində Avropa bank sənayesində səhmdarların ödənişləri nisbətən aşağı səviyyədə qalıb və 2020-ci ildə Avropa tənzimləyiciləri dividend ödənişlərini və səhmlərin geri alınmasını bloklayıb. “Axiom Alternative Investments” investisiya şirkətinin idarəedici tərəfdaşı Jerome Leqra görə, 2025-ci ildə “2024-cü ilə nisbətən gəlirdə cüzi artım” gözləmək olar.

Son xəbərlər
Digər xəbərlər