8 C
Baku
Thursday, January 23, 2025

İrandan gətirilən turşu lavaş, ərik qurusu, şirin çörək yararsız çıxdı, məhv edildi

Nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından idxal olunan turşu lavaş, ərik qurusu, şirin çörəkdən (keks) Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi və istehlaka yararsız olduğu aşkarlanıb.

Banker.az xəbər verir ki, uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

Məhsulun adı Məhsulun miqdarı İstehsalçı İdxalçı Məhsul partiyası
Turşu lavaş 14850 kq “Reza Ghaderi” “Yedcon 2024” MMC 17.10.2024-17.10.2026
Ərik qurusu 4110 kq “Hasan Mohammadloo” “Yedcon 2024” MMC 20.09.2024-20.09.2025
Şirin çörək

(keks)

1100 kq “Shırın Gholat Bonab” Fiziki şəxs Kərimov Kamran Abdulla oğlu 25.09.2024-25.02.2025

 

Faktla bağlı müvafiq qərar qəbul olunaraq məhsul partiyaları məhv edilib.

Son xəbərlər
Digər xəbərlər