8 C
Baku
Thursday, January 23, 2025

Mərkəzi Bank “Azərpoçt”a məcburi göstəriş verib

“Azərpoçt” MMC tərəfindən 2024-cü ilin dekabr ayının sonuna prudensial hesabatlarının “Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudеnsiаl hеsаbаtların forması, məzmunu və dövriliyi haqqında Qaydalar”ın 2.8-ci bəndinin tələbləri pozularaq, gecikmə ilə təqdim edilməsinə görə “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 13-4.4.6-cı maddəsinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Azərpoçt” MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilmişdir.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilir.

Son xəbərlər
Digər xəbərlər