2024-cü ildə Azərbaycana 173 milyon 604 min dollar dəyərində 29 611 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2023-cü ildə Azərbaycana 92 milyon 416 min dollar dəyərində 16 596 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Beləliklə, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı miqdar ifadəsilə 78.4%, dəyər ifadəsilə 88% artıb.
Onu da qeyd edək ki, 2024-cü ildə Azərbaycanda 29 064.2 ton kərə yağı istehsal edilib ki, bu da illik müqayisədə 7.9% çoxdur.